Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən MOİK növbəti transferini reallaşdırıb.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi Zahid Mərdanovu heyətinə qatıb. Son olaraq “Şəfa”nın formasını geyinən 26 yaşlı müdafiəçi yeni mövsümdən etibarən MOİK-in uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, Zahid karyerası ərzində “Sabah”, “Kəpəz”, “Zirə” və “Şamaxı” klublarının da şərəfini qoruyub.

Shares: