Voleybol üzrə kişilər arasında Millətlər Liqasında mövsümün ilk yarımfinalçısı müəyyənləşib. Çində keçirilən 1/4 final görüşündə Sloveniya millisi Türkiyəni 3:0 (25:21, 35:33, 39:37) hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
Sloveniya yarımfinalda Ukrayna – Polşa cütünün qalibi ilə qarşılaşacaq. Həmin görüş iyulun 30-da keçiriləcək.
Pley-offun digər görüşündə isə İtaliya ABŞ ilə, Yaponiya isə Çinlə üz-üzə gələcək.
Turnirin hazırkı çempionu Polşa millisidir. Polşalılar ötənilki finalda İtaliyanı 3:0 (25:22, 25:19, 25:14) hesabı ilə məğlub edərək titula sahib çıxmışdılar.
Qadınlar arasında 2026-cı il Millətlər Liqasının qalibi isə finalda Braziliyanı 3:1 (23:25, 25:23, 26:24, 25:21) hesabı ilə məğlub edən Türkiyə millisi olub.
