“Yuventus” hücumçusu Lua Opendanı Lion “Olimpik”inə icarəyə verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Belçikalı futbolçu 2026/2027 mövsümünün sonuna qədər Fransa təmsilçisində çıxış edəcək. Lion təmsilçisi icarə üçün “Yuventus”a 3,5 milyon avro ödəyəcək.
26 yaşlı hücumçu 2025-ci ilin sentyabrında “Leypsiq”dən “Yuventus”a keçmişdi. O, komanda ilə çıxdığı 37 oyunda 2 qol vurub.
