“Ordu” voleybol klubu İvan Zaytsevi transfer edib.
Futbolinfo.az xəbər verir ki, italiyalı voleybolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
Zaytsev Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, karyerası ərzində Avropa çempionatının gümüş və bürünc, Millətlər Liqasının, həmçinin CEV Çempionlar Liqasının mükafatçısı olub. Təcrübəli voleybolçu dəfələrlə İtaliya çempionu və ölkə kubokunun sahibi adını qazanıb.
