“Sabah”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Azərbaycan çempionunun rəqibi “Lex” (Polşa) – “Orhus” (Danimarka) cütünün qalibi olub.

Bu komandaların ilk görüşündə “Lex” səfərdə 4:1 hesabı ilə qələbə qazanmışdı. Poznan şəhər stadionunda keçirilən cavab qarşılaşmasında isə bu dəfə Danimarka təmsilçisi eyni hesabla qalib gəlib – 4:1. Əsas vaxt 3:0 hesabı ilə bitib, əlavə vaxtda komandalar hərəsi daha bir dəfə fərqlənib.

Beləliklə, qalibi penaltilər seriyası müəyyən edib. Burada daha dəqiq olan “Orhus” (4:3) növbəti mərhələyə yüksəlməklə “Sabah”a rəqib olub.

Qeyd edək ki, ÇL-də 3-cü təsnifat mərhələsinin matçları 4/5 və 11 avqusta təyin edilib. “Sabah” ilk oyununu Danimarkada keçirəcək.

Shares: