Kiprdə qeydiyyatdan keçmiş “JJDS Management Limited” şirkəti “Çelsi”nin ukraynalı futbolçusu Mixail Mudrikə qarşı məhkəmə iddiası qaldırıb.

İspaniyanın “sport.es” nəşrinin məlumatına görə, iddia futbolçunun imic hüquqları ilə bağlı müqaviləni pozduğu iddiasına əsaslanır. Şirkət bildirir ki, Mudrik 2023-cü ilin yanvarında imzalanmış razılaşmaya əsasən reklam və kommersiya gəlirlərindən ona çatmalı olan payı ödəməyib və bu səbəbdən futbolçudan 5 milyon funt sterlinq (5,83 milyon avro) tələb edir. Mənbənin iddiasına əsasən, London Ali Məhkəməsi artıq dəyəri 3 milyon avroya qədər qiymətləndirilən Mudrikin aktivlərinin dondurulması barədə qərar çıxarıb.

Hazırda 25 yaşı olan Mixail Mudrik 2024-cü ilin noyabrında dopinq-testdən uğursuz keçdiyi üçün İngiltərə Futbol Assosiasiyası tərəfindən yarışlardan kənarlaşdırılıb.

Ukraynalı futbolçu 2023-cü ilin yanvarında “Şaxtyor”dan “Çelsi”yə transfer olunub. Onun London klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

Shares: