Formula 1 üzrə 2027-ci il mövsümünün ilkin təqvimi dərc edilib.
Təqvimə əsasən, mövsümdə ümumilikdə 24 Qran-prinin keçirilməsi nəzərdə tutulur. Çempionat 12-14 mart tarixlərində Bəhreyn Qran-prisi ilə başlayacaq. Mövsümə isə 10-12 dekabrda keçiriləcək Əbu-Dabi Qran-prisi ilə yekun vurulacaq.
İlkin təqvimə görə, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakı Şəhər trassında təşkil ediləcək. Təqvimdə həmçinin Portuqaliya və Türkiyə Qran-prilərinin yer alması diqqət çəkir.
Qeyd edək ki, sözügedən təqvim hələlik ilkin variantdır və Formula 1 rəhbərliyi tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
