“Sabah”ın iyulun ilk günündə Gürcüstanın “İberiya” klubuna icarəyə verdiyi Andrey Santosla bağlı yeni iddia ortaya atılıb.

Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi bu ölkədə çıxış edə bilər.

Məlumatda bildirilib ki, 21 yaşlı oyunçu “İberiya”ya ilin sonuna qədər icarəyə verilsə də, oradan ayrılaraq “Veres”in formasını geyinmək ehtimalı yaranıb. Hətta o da vurğulanıb ki, Santos yaxın günlərdə Rovno klubunda tibbi müayinədən keçəcək və ardından “Veres”lə rəsmi müqavilə imzalayacaq.

“Veres” onu birillik icarəyə götürməyi hədəfləyir. Razılıq əldə olunsa, Ukrayna klubunun futbolçunu birdəfəlik transfer etmək hüququ da olacaq.

Qeyd edək ki, Andrey Santos “Sabah”a ötən ilin yayında Braziliyanın “Kana” klubundan keçib.

Shares: