Braziliyanın “Santos” klubunun muzeyində komandanın yetirməsi və əfsanələrindən olan Neymarın büstünün açılışı olub.

Təntənəli mərasimdə futbolçunun özü də iştirak edib, tədbirdən fotolar isə klubun rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.

Xatırladaq ki, Neymar 2025-ci ildə doğma klubuna qayıdıb və onun “Santos”la müqaviləsi cari ilin dekabr ayının sonuna qədər qüvvədədir. Hücumçu 2026-cı ildə komandanın heyətində keçirdiyi 16 oyunda 8 qol vurub, karyerası ərzində isə “Barselona”, PSJ və “Əl-Hilal”ın da formasını geyinib.

Neymar eyni zamanda Braziliya millisinin tarixinin ən sərrast bombardiridir və yığmanın heyətində keçirdiyi 130 oyunda 80 qola imza atıb.

Shares: