“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Bakı klubu 3-cü təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”u mübarizədən kənarlaşdıracağı təqdirdə “Hapoel” (İsrail, Beer-Şeva”) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.

Levski (Bolqarıstan)/Kayrat (Qazaxıstan) – AEK (Yunanıstan)

Seltik (Şotlandiya) – LASK (Avstriya)

Dinamo (Zaqreb, Xorvatiya)/Kauno Jalgiris (Litva) – Vikinq (Norveç)

Myallbü (İsveç)/Slovan (Slovakiya) – Ararat (Ermənistan)/Çelye (Sloveniya)

Hapoel (Beer-Şeva, İsrail)/Srvena Zvezda (Serbiya) – Orhus (Danimarka)/Sabah (Azərbaycan)

Fənərbağça (Türkiyə)/Şturm (Avstriya) – Sparta (Praqa, Çexiya)/Olimpik (Lion, Fransa)

Olimpiakos (Yunanıstan)/NEK (Niderland) – Yunion (Belçika)/Bodo Qlimt (Norveç)

Shares: