Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin “Erzurumspor”a keçidi rəsmiləşib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Türkiyə mətbuatının iddiasına görə, 23 yaşlı hücumçu yaxın müddətdə ölkənin “dörd böyüklər”indən birinə keçəcək potensiala malik futbolçudur. Təbii ki, bunun üçün “Erzurumspor”da özünü doğrultmalıdır.

Qeyd edək ki, müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsus olan Axundzadənin “Erzurumspor”a icarə əsasında qoşulduğu bildirilir.

Shares: