Almaniyanın “Verder” klubunun 19 yaşlı müdafiəçisi Karim Kulibali xoşagəlməz hadisə ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, futbolçu ötən gün məşqə getmək üçün avtomobilinin yanına gəldikdə, maşınının dörd təkərinin oğurlandığını görüb.
Kulibali hadisə ilə bağlı sosial şəbəkə hesabında avtomobilinin fotosunu paylaşaraq, “Mən sadəcə məşqə getmək istəyirdim”, – deyə yazıb.
Hadisəyə baxmayaraq, gənc futbolçu “Verder”in məşqinə vaxtında çatıb. Onu komanda yoldaşı Salim Musa məşqə aparıb.
