İspaniya millisinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi Serxi Roberto “Los Anceles Qalaksi”yə transfer olunub.
Futbolinfo.az xəbər verir ki, bu haqda klubu mətbuat xidmət məlumat yayıb.
34 yaşlı futbolçu ABŞ klubuna azad agent statusunda keçib. O, daha əvvəl İtaliya “Komo”sunda çıxış edib.
Roberto uzun illər “Barselona”nın formasını geyinib. O, Kataloniya klubunda 351 oyuna çıxıb, 19 qol vurub və 6 İspaniya Kuboku, 7 La Liqa, 3 İspaniya Superkuboku, 2 Çempionlar Liqası, həmçinin Klublararası Dünya Kuboku və UEFA superkubokunu qazanıb.
