“Karvan-Yevlax” legioneri Peter Nqozi Kinqslə yeni müqaviləyə imza atıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

3 ildir bu komandanın formasını geyinən nigeriyalı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Kinqs ümumilikdə Yevlax təmsilçisinin heyətində 58 oyun keçirib və 11 qol vurub.

Shares: