“Mançester Siti”nin hücumçusu Dayvin Mubama “Sauthempton”da çıxış edəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Sauthempton” rəsmi saytı vasitəsilə məlumat yayıb.
21 yaşlı ingiltərəli futbolçu Çempionşip təmsilçisinə icarə əsasında keçib.
Mubama ötən mövsümü icarə əsasında “Stok Siti”də oynayıb. O, Çempionşipdə 26 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
