Ekvador millisinin və “Fənərbağça”nın sabiq üzvü Enner Valensiya Argentinada oynayacaq.

Futbolinfo.az xəbər verir ki, o, “Boka Xuniors”la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu Meksikada “Paçuka” olan futbolçu , “Emelek”, “Vest Hem”, “Everton”, “Tiqres”, “İnternasional” və “Fənərbağça” klublarında da oynayıb.

Shares: