İtaliya Tennis Federasiyasının tibbi komissiyasının rəhbəri Canni Danieli “Böyük dəbilqə” turnirlərinin yeddiqat qalibi olan ispaniyalı tennisçi Karlos Alkarasın zədəsi barədə danışıb.

O, ispaniyalı həkimləri səriştəsizlikdə ittiham edib: “İspaniyada Karlosun konkret olaraq hansı zədə aldığını dəqiq müəyyənləşdirə bilmədilər. İndi psixoloji problemlərlə bağlı versiya ortaya çıxıb. Əvvəlki iş intensivliyini bərpa etmək onun üçün çətin olduğundan, guya beynində bir növ depressiya yaranıb, bu da onun əvvəlki kimi özünəinamlı olmasına imkan verməyən qapalı dairədir. Şübhələr onun düşüncələrini zəbt etməyə başlayır və bu da təəssüf doğurur, çünki hətta bir nömrəli tennisçi üçün belə bu səviyyədə həqiqətən yüksək kateqoriyalı rəqibin olmaması deməkdir”.

Qeyd edək ki, Alkaras bilək zədəsi səbəbindən uzun müddətdir kortlardan kənarda qalıb və son olaraq Sinsinnati turnirində iştirakdan da imtina edib. İspan tennisçinin zədəsinin son durumu ilə bağlı qeyri-müəyyənlik onun qarşıdakı ABŞ Açıq Çempionatında iştirakı barədə də suallar yaradıb.

Shares: