“Ximki”nin əslən azərbaycanlı sabiq investoru Tufan Sadıqov Rusiya Futbol İttifaqının (RFİ) onun futbolla bağlı fəaliyyətlə ömürlük məşğul olmasına qoyduğu qadağadan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib. CAS-ın məlumatına görə, iş üzrə dinləmələr oktyabrın 14-də keçiriləcək.
2024/25 mövsümündə “Ximki” Rusiya çempionatını 12-ci pillədə başa vuraraq elitadakı yerini qoruyub, lakin klub növbəti mövsüm üçün lisenziya ala bilməyib. 2025-ci ilin yazında komandanın futbolçuları və əməkdaşları maaş borclarından şikayət edib, hətta oyunları boykot etməklə hədələyiblər.
Sadıqova futbolla bağlı istənilən fəaliyyətə ömürlük qadağa 7 noyabr 2025-ci ildə tətbiq edilib.
