Üzgüçülük üzrə olimpiya çempionu Floran Manodu 35 yaşında karyerasını başa vurduğunu açıqlayıb.

O, 2024-cü ildən sonra yarışlarda iştirak etməyib və hazırda Parisdə keçirilən 2026-cı il Su İdman Növləri üzrə Avropa çempionatında turnirin səfiri kimi fəaliyyət göstərir. Manodu bildirib ki, Paris Olimpiadasından iki il sonra karyerasını başa vurmaq qərarına gəlib və vida mərasimi şənbə günü keçiriləcək.

Fransalı idmançı 2012-ci ildə Londonda 50 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə olimpiya qızılını qazanıb, həmçinin Rio-2016-da iki gümüş, Tokio-2020-də bir gümüş və Paris-2024-də iki bürünc medal əldə edib. Onun aktivində 2013 və 2015-ci illərdə dünya çempionatlarında dörd qızıl, 2014 və 2016-cı illərdə Avropa çempionatlarında isə altı çempionluq var.

Shares: