2026-cı il Avropa çempionatı çərçivəsində Parisdə 19 yaşlı almaniyalı üzgüçü Yohannes Libman 1500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə dünya rekordunu yeniləyib.
Futbolinfo.az xəbər verir ki, o, məsafəni 14 dəqiqə 26,79 saniyəyə qət edərək 1500 metr məsafəni 14 dəqiqə 30 saniyədən daha sürətli başa vuran tarixdə ilk üzgüçü olub.
İkinci yeri 14:39,45 nəticə ilə macarıstanlı Zalan Şarkan, üçüncü yeri isə 14:40,64 nəticə ilə almaniyalı Oliver Klement tutub.
Qeyd edək ki, 2026-cı il Avropa çempionatında qadınlar arasında 50 metr məsafəyə arxasıüstə üzgüçülükdə də dünya rekordu qeydə alınıb. İtaliyalı Sara Kurtis bu məsafəni 26,63 saniyəyə qət edib. Avropa çempionatı avqustun 16-da başa çatacaq.
