Portuqaliyanın “Sportinq” klubu Avstraliya yığmasının yarımmüdafiəçisi Nestori İrankundanı transfer edib.
Futbolinfo.az xəbər verir ki, bu transfer 17 milyon avroya başa gəlib.
Futbolçu ilə müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.
İrankundanın əvvəlki klubu İngiltərənin “Uotford” komandası olub. O, 2025/2026 mövsümündə keçirdiyi 42 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
