“Hapoel” “Sabah”dan güclüdür”. Bunu futbolinfo.az saytına açıqlamasında israilli futbolçu İdan Vaytsman deyib.

Vaxtilə “Simurq”da oynamış yarımmüdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşləri çərçivəsində keçiriləcək “Hapoel” (Beer-Şeva) – “Sabah” matçından danışıb.

O bildirib ki, israillilər daha üstündür: “Hapoel” çox güclüdür. Komandanın təkcə heyəti deyil, həm də baş məşqçisi yaxşıdır. Ran Kozuç ölkəni ən yaxşı  məşqşçisidir. O da bu komandanın başındadır. Ona görə də hər kəs “Hapoel”in necə üst səviyyədə futbol oynadığını bilir. Onlar “Sabah”la matçda favoritdirlər və məncə, əsas mərhələyə vəsiqə qazanan komanda olacaqlar. Bu komanda hansısa futbolçudan və ya nədənsə asılı deyil. Sadəcə bir sistem var və yaxşı futbol ortaya qoyurlar”.

Shares: