“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Beer-Şeva “Hapoel”inə qarşı keçirəcəyi səfər oyununun favoritidir.
Futbolinfo.az xəbər verir ki, xarici mütəxəssislər bu gün baş tutacaq qarşılaşmada Azərbaycan çempionunun qələbə qazanmaq şansını yüksək qiymətləndirib.
“Hapoel”in son 15 matçın hamısında qol vurması, seçmə mərhələlərdə ardıcıl qələbə qazanması əsas üstünlüyü sayılır. “Sabah”ın isə müdafiədə etibarlı çıxışı və sürətli hücumçulara malik olması xüsusi vurğulanıb.
Komandalar arasında əsas fərq kimi “Hapoel”in müdafiə xəttinin etibarlı təsir bağışlamaması göstərilib. Bu səbəbdən “Sabah”ın vətənə qalibiyyətlə dönməsi proqnozlaşdırılıb.
Qeyd edək ki, bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək “Hapoel” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
