Milli komandanın baş məşqçisi Ayxan Abbasov ölkə xaricindədir. O, yığma üzvlərini canlı izləmək üçün səfərə çıxıb.
Futbolinfo.az xəbər verir ki, çalışdırıcı öncə “Sabah”ın Rumıniyada “Hapoel”ə (Beer-Şeva, İsrail) qarşı Çempionlar Liqasının ilk pley-off matçını izləyib. Daha sonra “Tvente” – “Qarabağ” görüşü üçün Niderlanda gedən Abbasov Konfrans Liqasının ilk pley-off qarşılaşmasına da baxıb.
Hər iki komandamız vətənə dönsə də, Ayxan bəyin səfəri bitməyib. O, hazırda Türkiyədədir. Millinin baş məşqçisi “Bursaspor”da çıxış edən Toral Bayramovun “Fatih Karagümrük”lə səfər matçındakı çıxışını izləmək niyyətindədir. Müdafiəçinin bu gün start heyətində yer alması gözlənilir.
