Azərbaycan karateçiləri İstanbulda keçirilən “Turkish Open” beynəlxalq turnirində iki gümüş medal qazanıblar.
Futbolinfo.az xəbər verir ki, 27 ölkədən 1 100-ə yaxın idmançının iştirak etdiyi yarışda Qəhrəman Rzaquliyev (45 kq) 12-13 yaş kateqoriyasında finalda Özbəkistan təmsilçisinə məğlub olaraq ikinci yeri tutub.
Ömər Məmmədrəhimov isə kata üzrə 16-17 yaş kateqoriyasında gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan təmsilçiləri “Turkish Open” turnirini iki gümüş medalla başa vurublar.
