Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Bakı klubu İsrail təmsilçisi “Hapoel”i (Beer-Şeva) qəbul edəcək.
Mütəxəssislər “Sabah”ın ən böyük üstünlüyünün cari mövsüm ev oyunlarının hamısında qalib gəlməsi olduğunu bildiriblər. Hər iki komanda tarixində ilk dəfə turnirin əsas mərhələsinə adlamağa iddialıdır.
Azərbaycan çempionunun bugünkü qarşılaşmada əsas silahı Coy Lens Mikels deyil, Velko Simiç göstərilib. Əksəriyyət hesab edir ki, Simiç günündə olsa, “Sabah” qələbə qazanacaq və hətta ilk görüşdəki məğlubiyyətə (1:2) baxmayaraq, mərhələni adlayacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Hapoel” oyunu saat 20:45-də başlayacaq.
