“Qarabağ” daha bir legioneri ilə vidalaşmağa yaxındır.
Futbolinfo.az xəbər verir ki, Dani Bolt Ağdam klubundan ayrılmağa qərar verib.
27 yaşlı futbolçu Malayziyanın “Johor” klubu ilə anlaşıb. “Qarabağ”ın Boltla vidanı tezliklə açıqlaması gözlənilir.

Xatırladaq ki, Bolt 2025-ci ilin yayında qoşulduğu “Qarabağ”da 42 oyuna 1 qol və 3 assist müəllifi olub.
Dani Bolt yeni klubunda keçmiş komanda yoldaşı Kevin Medina ilə birgə çıxış edəcək. O da bu il Ağdam klubundan “Johor”a keçmişdi. Malayziya klubunda Azərbaycan yığmasının sabiq üzvü Eddi İsrafilov da forma geyinir.
