“Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu turnirin pley-off mərhələsində “Tvente” ilə mübarizə aparır.
Komandalar arasında Niderlandda keçirilən ilk oyunda “Qarabağ” 1:0 hesablı qələbəyə sevinib. Əsas mərhələyə vəsiqə üçün Azərbaycan təmsilçisinə evdə heç-heçə də bəs edir.
Mərkəzi arenada keçiriləcək oyun saat 22:00-da başlayacaq. Görüşü norveçli hakim Rohit Saqqi idarə edəcək.
Konfrans Liqası
Pley-offun cavab oyunu
27 avqust
20:00. Qarabağ – Tvente
Baş hakim: Rohit Saqqi (Norveç).
Tofiq Bəhramov adına Respublika stadionu.
