“Zirə” Yeqor Boqomolski ilə vidalaşmaq istəyir. Qəsəbə təmsilçisi bu üzdən belaruslu hücumçunu cari mövsüm üçün sifariş etməyib.

Futbolinfo.az xəbər verir ki, ölkəmizə gələnədək vətənində müxtəlif klublarda çıxış etmiş 26 yaşlı oyunçu ümidi doğrultmayıb. “Neftçi”də 3 il vaxt keçirdikdən sonra 2025-ci ilin yayında “Zirə”yə azad agent kimi keçən forvard bu qış “Ural”a icarəyə verilmişdi. Amma Rusiyada çox qalmayan oyunçu hazırda mövsümün sonunadək müqavilə ilə bağlı olduğu “qartallar”ın düşərgəsindədir.

Boqomolskinin sifariş edilməməsi onun baş məşqçi Rəşad Sadıqovun etimadını itirməsi ilə bağlıdır. O, özünə yeni iş yeri tapan kimi “Zirə”dən ayrılacaq.

Junior Martinslə vida da eyni ssenari ilə reallaşdı. “Zirə” çempionat üçün sifariş etmədiyi oyunçunu Kambocanın “Prexxanrit Svayrinq” klubuna satdı. İndi növbədə Boqomolskidir.

Shares: