Əfsanəvi basketbolçu Stefen Karri ilə “Qolden Steyt Uorriors” yaxın günlərdə müqavilənin uzadılmasını müzakirə edəcək.
Yeni anlaşma 38 yaşlı basketbolçunun karyerasını klubda başa vurmasına imkan yarada bilər. Komandanın baş meneceri Mayk Danlivi daha əvvəl Karrinin istədiyi müqaviləni təklif etməyə hazır olduqlarını və onun “Qolden Steyt”də qalması üçün hər şeyi edəcəklərini bildirib. O, son qərarın basketbolçunun özündən asılı olduğunu vurğulasa da, klubun onunla yolları ayırmaq niyyətində olmadığını qeyd edib.
Karri 2025/26 mövsümündə orta hesabla 26,6 xal, 4,7 məhsuldar ötürmə və 3,6 ribaundla yadda qalıb.
