“Lids” klubunun ortaq sahibi Ceyd York Ohayo ştatında fahişəliklə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılıb.

BBC-nin məlumatına görə, ailəsinin sərvəti 8,5 milyard dollar qiymətləndirilən York seks xidmətləri saytındakı elana cavab verərək qadınla görüş üçün 140 dollar ödəməyə razılaşıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu görüşə gedərkən saxlayıb və məhkəmə sənədlərində cinayətin təşkilində istifadə olunan mobil cihazın da üzərində olduğu qeyd edilib.

York əvvəlcə fahişəliyə sövq etmə və cinayət alətinin saxlanılması ittihamları ilə həbs edilib, daha sonra prokurorluqla razılaşma əldə edərək daha yüngül ittiham üzrə təqsirini etiraf edib. İş adamı bir gün müddətinə həbs cəzasına məhkum olunub, lakin həbsdə keçirdiyi müddət nəzərə alınıb və ondan əlavə 1150 dollar cərimə tutulması qərara alınıb.

Shares: