Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin idmançıları Maltada keçiriləcək “Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışında çıxış edəcəklər.
Futbolinfo.az xəbər verir ki, hazırda komitənin atletləri yarışa hazırlıq çərçivəsində təlim-məşq prosesini davam etdirirlər. Turnir sentyabrın 10-14-ü aralığında baş tutacaq.
Bundan əlavə, 23-26 sentyabrda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə dünya çempionatı çərçivəsində “Xüsusi Olimpiya Açıq Cüdo Turniri 2026” keçiriləcək. Turnirdə ölkəmizi Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri təmsil edəcəklər.
Hazırda idmançılar yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışını davam etdirirlər.
