Azərbaycan təmsilçiləri Belarusun Brest şəhərində keçirilmiş P.İ.Klimuk mükafatları uğrunda kamandan oxatma üzrə beynəlxalq turnirdə iki medal qazanıblar.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib.

Fatimə Hüseynli U-21 kateqoriyasının fərdi yarış növündə 622 təsnifat xalı toplayaraq gümüş medal qazanıb.

Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət heyət qızların komanda yarışında bürünc medala sahib olublar.

Shares: