“Futbolinfo”nun daha bir xəbəri təsdiqlənmək üzrədir. Dani Boltun “Qarabağ”dan gözlənilən ayrılığı reallaşır.

Braziliyalı müdafiəçi artıq ağdamlıların düşərgəsini tərk edib. O, Kevin Medinanın forma geydiyi “Johor Darul Tazim”lə müqavilə bağlamaq üçün səfərə çıxıb. Tibbi müayinə bitdikdən, tərəflər bütün detallarda razılaşdıqdan sonra “Qarabağ” vidanı, Malayziya klubu isə keçidi rəsmən açıqlayacaq.

2025-ci ilin yayında Ağdam klubuna qoşulan Bolt komandanın heyətində keçirdiyi 42 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 27 yaşlı sağ cinah oyunçusu “Qarabağ”a 2025-ci ildə Portuqaliyanın “Torrense” klubundan transfer olunmuşdu.

Xatırladaq ki, yay transfer dövründə Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade, Kamilo Duran və Abdullah Zubir “Qarabağ”dan ayrılıb.

Shares: