Formula 1-də mübarizə aparan “Maklaren” komandası Lando Norris ilə müqaviləni 2030-cu ilə qədər uzatması münasibətilə britaniyalı pilota 2025-ci il çempionluq mövsümündə idarə etdiyi MCL39 bolidini hədiyyə edəcək.

Bu hədiyyə Norrisin komandanın uğurlarına verdiyi töhfə ilə əlaqədardır. O, 2025-ci ildə “Maklaren”in ardıcıl ikinci dəfə Mühəndislər Kubokunu qazanmasında mühüm rol oynayıb. Bundan başqa, Norris 2008-ci ildən bəri komandanın ilk dünya çempionu olub.

Bolid Norrisa “McLaren Technology Centre”də keçiriləcək ənənəvi açıq qapı günü çərçivəsində təqdim olunacaq.

Shares: