3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində 1/4 finala yüksəlib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupunun ikinci oyununda yerli “Takasaki” klubuna uduzsa da (13:14) növbəti raunda vəsiqə qazanıb.
“Ağ-qaralar” birinci qarşılaşmada Yaponiya millisini məğlub edib – 15:14.
“Neftçi” 1/4 finalda Tailand yığması ilə üz-üzə gələcək.
