Mövsümün nüfuzlu velosiped yarışı olan “Vuelta”da mübarizə davam edir.
7-ci mərhələdə velosipedçilər İspaniyanın Val d`Alba ilə Aramon Valdelinares məntəqələri arasında məsafəni qət ediblər. Maraqlı mübarizə şəraitində keçən yarışda “Uno İks Mobiliti” komandasının danimarkalı üzvləri uğur qazanıb.
Andreas Leknessun 1-ci, Tobias Halland Yohanessen 2-ci yeri tutub. Andreas 149,8 km məsafəni 3 saat 49 dəqiqə 47 saniyəyə qət edib. Tobias isə ondan 34 saniyə geridə qalıb. Fəxri kürsünün 3-cü pilləsinə isə Vaut van Art yüksəlib. “Visma” komandasının belçikalı üzvü finiş xəttini liderdən 47 saniyə sonra keçib.
Çempionatın favoriti Tadey Poqaçar isə bu dəfə 19-cu yerlə kifayətlənib. Buna baxmayaraq, “UAE Emireyts” komandasının sloveniyalı üzvü 19 saat 32 dəqiqə 37 saniyəlik göstərici ilə liderliyini qoruyub. “Movistar” komandasında çıxış edən ispaniyalı Enrik Mas ikinci yerdədir. O, Poqaçardan hazırda 3 dəqiqə 50 saniyə geridədir. 3-cü pillədə isə “Red Bull” komandasında çıxış edən Tadeyin həmyerlisi Primoj Roqliç qərarlaşıb.
