Azərbaycan millisinin Niderland yığmasına 1:3 hesabı ilə məğlub olduğu sonuncu turda qadınlardan ibarət voleybol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları başa çatıb.

A qrupunda Sloveniya Macarıstanı 3:0  hesabı ilə məğlub edib, Türkiyə isə Polşaya 2:3  hesabı ilə uduzub. Bu nəticələrdən sonra Polşa 5 qələbə və 15 xalla qrupda birinci, Türkiyə 4 qələbə və 13 xalla ikinci, Sloveniya 3 qələbə və 8 xalla üçüncü, Almaniya 2 qələbə və 6 xalla dördüncü olub. Latviya 1 qələbə və 3 xalla beşinci, Macarıstan isə 5 məğlubiyyət və 1 xalla sonuncu pillədə qərarlaşıb.

Millimizin mübarizə apardığı C qrupunda İspaniya Rumıniyaya 0:3 hesabı ilə məğlub olub. Belçika 5 qələbə və 13 xalla qrupda birinci, Niderland 4 qələbə və 12 xalla ikinci, Azərbaycan 3 qələbə və 8 xalla üçüncü, Portuqaliya 2 qələbə və 5 xalla dördüncü olub. Rumıniya 1 qələbə və 6 xalla beşinci, İspaniya isə 5 məğlubiyyət və 1 xalla sonuncu yeri tutub.

Beləliklə, 1/8 finalda Polşa – Portuqaliya, Niderland – Sloveniya, İtaliya – Bolqarıstan, Çexiya – İsveç, Belçika – Almaniya, Türkiyə – Azərbaycan, Serbiya – Xorvatiya və Fransa – Yunanıstan oyunları keçiriləcək. Oyunlar Türkiyənin İstanbul və Çexiyanın Brno şəhərlərində keçiriləcək.

Shares: