Apreldən bəri bilək zədəsi səbəbindən kortlardan uzaq qalan Karlos Alkaras ABŞ Açıq Çempionatında mübarizəyə qayıtmaq qərarının səbəbini açıqlayıb.
İspaniyalı tennisçi uzun fasilənin onun üçün asan keçmədiyini deyib: “Bu dörd ay yarım ərzində çox şey yaşamalı oldum. İlk aylar olduqca ağır keçdi, çünki sağ əlimlə ümumiyyətlə heç nə edə bilmirdm”.
Alkaras məşqlərə başladıqdan sonra da nə vaxt tam hazır olacağını bilmədiyini və bu qeyri-müəyyənliyin çətin olduğunu bildirib. “US Open”a qayıtmağın, xüsusilə görüşlərin beş setə qədər davam etdiyini nəzərə alsaq, ciddi sınaq olduğunu vurğulayan 22 yaşlı raketka ustası komandasının onun hazır olduğuna əmin olduğunu söyləyib: “Hazırlaşmaq üçün həm kortda, həm də ondan kənarda əlimdən gələni etdim. Çox uzun və intensiv məşqlər keçirdim ki, hazır olub-olmadığımı və biləyimin yüklənməyə necə reaksiya verəcəyini yoxlayım. Hər şeyin qaydasında olduğunu gördük və geri qayıtmağın vaxtı olduğuna qərar verdik”.
O, “US Open”ın geri dönüş üçün ideal turnir olduğunu da əlavə edib: “Burada azarkeşlərin sevgisini və dəstəyini yenidən hiss edə bilərəm”.
