“Ayaks” akademiyasının futbolçusu Sib Zeldentheys UEFA Konfrans Liqasının təsnifat mərhələsində “Sion”la oyun (5:3) öncəsi diqqətçəkən bacarığı ilə gündəmə gəlib.
Amsterdam təmsilçisinin yetirməsi “Yohan Kroyff Arena”da keçirilən yarış zamanı topu tam 3085 dəfə ayağında saxlayaraq çiləyib. O, top çiləmə üzrə ən yaxşı nəticəni göstərmək üçün keçirilən müsabiqədə iştirak edib.
Lakin qarşılaşmanın başlamasına az vaxt qaldığı üçün onun çıxışı yarımçıq dayandırılıb. Gənc futbolçunun bu nailiyyəti stadionda azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.
