Bu gün Misli Premyer Liqasında 3-cü tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son gündə daha 2 oyun baş tutacaq.
“Araz-Naxçıvan” Qəbələdə “Sabah”ı “qəbul edəcək”. Oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.
Turun son oyunu isə “Sumqayıt”la “Qarabağ” arasında keçiriləcək. Görüşü Fərid Hacıyev idarə edəcək.
Daha öncə “Şəfa” “İmişli”yə (0:1) uduzub, “Kəpəz” “Turan Tovuz”a (1:0), “Zirə” “Neftçi”yə (1:0) qalib gəlib, “Qəbələ” “Şamaxı” matçında qalib müəyyənləşməyib – 0:0.
Misli Premyer Liqası
3-cü tur
31 avqust
“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Törə Əhmədova
Qəbələ şəhər stadionu, 18:00
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“SOCAR Polymer Arena”, 20:15
