Ralli üzrə dünya çempionatında mövsümün 11-ci mərhələsi geridə qalıb.

Paraqvayda  keçirilən yarışın sonuncu günündə “Toyota Gazoo Racing” komandasının üzvü Sami Payari qalib gəlib. Finlandiyalı pilot 22 xüsusi məntəqəni 3 saat 13 dəqiqə 28,5 saniyəyə geridə qoyaraq ardıcıl 3-cü yarışında da fəxri kürsünün ən üst pilləsinə yüksəlib. Bununla da Payari dünya çempionatında ilk uğurunu ardıcıl 3 mərhələdə çempion olmaqla qazanan ilk pilot kimi tarixə düşüb.

Samidən 25,8 saniyə geriyə düşən “Hyunday Shell Mobis” komandasının yeni zelandiyalı üzvü Heyden Peddon mübarizəni ikinci sırada başa vurub. Koreya komandasının daha bir pilotu fransalı Adrien Furmo isə 3-cü yeri tutub. O, finiş xəttini liderdən 40 saniyə sonra keçib. “Toyota”da çıxış edən Elfin Evans 4-cü, Oliver Solberq isə 5-ci yerlə kifayətlənib.

Hazırda çempionata 216 xalla Elfin Evans başçılıq edir. Ondan 20 xal geridə qalan Sami Payari ikinci sıradadır. 3-cü pillədə isə 175 xalla Oliver Solberq qərarlaşıb.

Növbəti mərhələ sentyabrın 10-dan 13-nə qədər qədər Çilidə keçiriləcək.

Shares: