Kadet boksçular (U-15) arasında Azərbaycan kuboku keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, sentyabrın 1-də start götürəcək yarışda zona birinciliklərinin final mərhələsində fərqlənən idmançılar güclərini yoxlayacaqlar.

U-15 Azərbaycan kubokuna 39 komandanın 97 boksçusu qatılacaq. 17 çəki dərəcəsində 4 gün davam edəcək yarışın qalibləri Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, U-15 Avropa çempionatı oktyabrda Trabzonda təşkil olunacaq.

Shares: