“Qəbələ” Misli Premyer Liqasının 4-cü turunda “İmişli”yə qarşı keçirəcəyi oyunun hazırlığına başlayıb.

Futbolinfo.az xəbər verir ki, komanda qarşıdakı matça Amil Ağacanov – Miloş Yevtiç məşqçilər duetinin rəhbərliyi altında hazırlaşır.

“Qəbələ” – “İmişli” qarşılaşması sentyabrın 4-də, saat 18:00-da start götürəcək.

Xatırladaq ki, bölgə təmsilçisi ötən gün gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze ilə qarşılıqlı razılıq əsasında yolları ayırıb.

Shares: