İspaniya La Liqasının ilk 3 turunda 5 qol vuran “Barselona”nın braziliyalı hücumçusu Rafinya Lionel Messinin göstəricisini təkrarlayıb.
Futbolinfo.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, forvard “Elçe” və “Rayo Valyekano” ilə matçlarda dubl edib, “Atletik”lə görüşdə isə bir dəfə fərqlənib.
Braziliyalı hücumçu klubun tarixində son 6 ildə buna nail olan ilk futbolçudur. O, hazırda 5 qolla çempionatın bombardirləri siyahısına başçılıq edir. “Barselona” mövsümün startında keçirdiyi matçlarda 12 qol vurub ki, bunlardan 5-i məhz hücumçunun payına düşüb.
Qeyd edək ki, “Barselona”da sonuncu dəfə 2020/2021 mövsümündə Lionel Messi çempionatın ilk 3 matçında fərqlənməyi bacarmışdı. Həmçinin Sesk Fabreqas (2011/2012), Zlatan İbrahimoviç (2009/2010) və Samuel Eto (2006/2007) da analoji göstəriciyə imza atıblar.
