Müxtəlif versiyalar üzrə peşəkar boks üzrə dünya çempionu Aleksandr Usik növbəti döyüşünü 2027-ci ilin martında ABŞ-də keçirə bilər. Onun mümkün rəqibi ağır çəkidə keçmiş dünya çempionu Deontey Uaylder olacaq. Bu barədə Usikin məsləhətçisi Sergey Lapin “The Ring”ə bildirib.

Jurnalist Mayk Kopincer sosial şəbəkədə yazıb ki, Usikin komandası Uaylder ilə döyüşü 2027-ci ilin martında ABŞ-da keçirməyi planlaşdırır. Tərəflər arasında danışıqlar davam edir və döyüşün keçirilməsi hələ rəsmən təsdiqlənməyib.

Bu qarşılaşma baş tutacağı təqdirdə, Usikin ABŞ-də keçirəcəyi ilk böyük döyüş olacaq.

Shares: