“Trabzonspor”un yeni transferi Məhəmməd Salahın yaşayacağı evin yerləşdiyi küçənin adı dəyişdiriləcək.
Trabzon vilayətinin Yomra rayonunun bələdiyyəsi küçəyə misirli ulduzun adının verilməsini planlaşdırır. Yomra meri Mustafa Bıyık bildirib ki, bununla bağlı bələdiyyə məclisinin qərarı bu həftə qəbul ediləcək.
Bıyık X hesabında yazıb: “Türkiyə futbolu tarixində ən möhtəşəm transfer olan Məhəmməd Salahın rayonumuzda yaşayacaq olmasından çox qürur duyuruq. Bu həftə bələdiyyə məclisində qərar qəbul edəcəyik və Salahın evinin yerləşdiyi küçənin adını Məhəmməd Salah küçəsi ilə dəyişəcəyik. Biz əlimizdən gələni etdik. İndi növbə Salahdadır”.
Qeyd edək ki, misirli futbolçu bu yay azad agent kimi “Trabzonspor”a keçib. Salahın yaşayacağı ev Yomranın Kaşüstü məhəlləsində yerləşən Selvi küçəsindədir.
