Basketbol üzrə 2027-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyunları davam edir. Türkiyə millisi keçirdiyi 8-ci oyununda da uğur qazanıb.

Ergin Atamanın komandası səfərdə İslandiya yığmasını böyükhesabla məğlub edib. İlk periodu 33:14 hesabı ilə öndə başa vuran “ay-ulduzlulular” növbəti bölümlərdə meydanda parlaq çıxışı ilə diqqət çəkib. Nəticədə İslandiya basketbolçularından 110:73 hesabı ilə üstün olan Türkiyə seçməsi tarixində 6-cı dəfə dünya çempionatına vəsiqə qazanıb.

Matçın ən məhsuldar oyunçuları Onuralp Bitimlə Cedi Osman olub. Türkiyə millisinin basketbolçuları hərəyə 17 xal toplayıb.

J qrupunda keçirilən digər matçda da qonaqlar qələbə qələbə qazanıb. Serbiya kollektivi Pesaroda İtaliya yığmasından 76:64 hesabı ilə üstün olub. Görüşün ən məhsuldar oyunçusu isə italiyalı Niko Mannion olub. Meydan sahiblərinin oyun qurucusu 23 xalla diqqət mərkəzinə düşüb.

“Sabah”ın sabiq baş məşqçisi Rimas Kurtinaytisin çalışdırdığı Litva millisi isə mundialdan kənarda qala bilər. Hərçənd ki, J qrupunda 4-cü sırada qərarlaşan Baltikyanı ölkənin komandası bu tur Vilnyusda Bosniya və Herseqovina basketbolçularını 78:73 hesabı ilə məğlub edib. Litvalıların qələbəsində 23 xal toplayan Azulas Tubelis böyük rol oynayıb.

Shares: