Qadınlar arasında voleybol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin ikinci oyun günündə 4 qarşılaşma keçirilib.
Brno şəhərində İtaliya Bolqarıstanı 3:0 hesabı ilə məğlub edib. Setlər 25:18, 25:13, 25:13 hesabı ilə başa çatıb.
Digər görüşdə İsveç Çexiyanı 3:0 hesabı ilə üstələyib. Skandinaviyalılar setlərdə 25:19, 25:23, 25:21 hesabı ilə qalib gəlib.
İstanbulda Niderland və Sloveniya arasında gərgin mübarizə baş tutub. Niderland 3:2 hesablı qələbə qazanıb – 25:18, 19:25, 25:21, 29:31, 15:9.
Günün son qarşılaşmasında Polşa Portuqaliyanı 3:0 hesabı ilə məğlub edib. Polşalılar setlərdə 25:18, 25:17, 25:23 hesabı ilə üstün olublar.
Xatırladaq ki, bu gün millimiz İstanbulda Türkiyə yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtilə 20:00-da start götürəcək.
