Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir.
Futbolinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinin açıqlamasında belə qeyd olunub:
“Yaxın gələcəkdə komandamızın Quba şəhərini təmsil edəcək olması bizim üçün böyük qürur və sevinc mənbəyidir.
Bu dəyişiklik təkcə klubun adının yenilənməsi deyil, həm də region futbolunun inkişafı, yerli istedadların üzə çıxarılması və Qubada futbol ənənələrinin daha da gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır”.
Xatırladaq ki, “Səbail”in “Quba”ya çevriləcəyi ilə bağlı ilk xəbəri “Futbolinfo” hələ 3 ay öncə xəbər vermişdi.
